AZ

“Naməlum nömrələrdən gələn zənglərə cavab verməyin”

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Həftəsonu vətəndaşların bank kartından 5000 manatdan çox vəsait oğurlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb. Bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir:

“Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”,- məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr