AZ

İsrailin müdafiə naziri Tehran sakinlərini HƏDƏLƏDİ -Çox tez olacaq...

İsrailin müdafiə naziri İsrael Kats bu gecə İranın paytaxtı Tehranı hədəf alaraq sərt bəyanat verib.

Musavat.com xəbər verir ki, Katsın "X" hesabında yazdığı mesajda deyilir:

"Tehran diktatoru artıq vətəndaşlara atəş açan qorxaq bir qatildir. Onlar bunu İsrail ordusunun müdaxiləsini dayandırmaq üçün edirlər. Tehran sakinləri bunun üçün ağır qiymət ödəyəcək və bu, çox tez olacaq".

Katsın bu açıqlaması İranda son günlər baş verən raket və hava hücumları fonunda gəlir. İsrail ordusunun rəsmi məlumatına görə, gecə bombardımanları zamanı azı 5 mülki vətəndaş həyatını itirib. Bu hücumların görüntüləri arasında sakinlərin sığınacaqlara qaçması və partlayış səslərinin əks olunduğu videolar sosial şəbəkələrdə yayılıb.

İsrail baş naziri Benyamin Netanyahunun dəfələrlə Tehranı mülki hədəf seçməkdə ittiham edən şiddətli ritorikası, Katsın sərt ritoriki ilə üst-üstə düşür. Katsın hədəsində qeyd etdiyi "ağır qiymət" ifadəsi, İsrailin Tehranı hədəfləyən cavab tədbirlərini genişləndirməyə hazır olduğunu göstərir.

Qeyd edək ki, İsrailin başlatdığı bombardmanlar nəticəsində İranın 250-yə yaxın vətəndaşı həlak olub. Onların yarısından çoxu mülki vətəndaşdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
3
olaylar.az

4Mənbələr