AZ

İran İsrailin hücumlarına görə danışıqların mənasız olduğunu deyib

ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İsrailin davam edən təcavüzü fonunda danışıqları mənasız hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib.

Bəqayi deyib: “Bu vəziyyətdə danışıqlar aparmağın qətiyyən mənası yoxdur”.

Onun sözlərinə görə, ABŞ aydın mövqe tutmalı və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin təcavüzünü tanımalı və pisləməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
operativmm.az

10Mənbələr