AZ

Netanyahu 2 ölkədən KÖMƏK İSTƏDİ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünyanı narahat edən İsrail-İran müharibəi 4-cü gündür davam edir. 

Belə bir vaxtda İsraildə Baş nazir Benyamin Netanyahu hökumətinin Tel-Əviv və Hayfaya cavab hücumlarından sonra İran raketlərini dayandırmaq üçün Qərbdən kömək istədiyi iddia edilib. Bu ölkələrdən biri olan İngiltərənin İsrailin tələbinə müsbət cavab verdiyi, Fransanın isə bitərəf qaldığı bildirilib.

“Cebheinfo.az” Türkiyə mətbuatına istinadən yazır ki, iyunun 13-də İsrailin İrana hücumundan sonra bölgədə gərginlik pik həddə çatıb.4-cü gündə də davam edən qarşıdurmalarda İran Xarici İşlər Nazirliyi binasının da vurulduğu iddia edilib.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki vətəndaşların ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 16 nəfərin öldüyü, 400-dən çox insanın yaralandığı bildirilib. 

Xəzər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr