ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Güclü külək bölgələrdə bir sıra fəsadlar törədib. Bəzi ərazilərdə elektrik dirəkləri qırılıb, yollar bağlanıb.
Avtosfer.az xəbər verir ki, Goranboyda irigövdəli qovaq ağacı kökündən qoparaq aşıb. Təbiət hadisəsi rayon ərazisində qeydə alınıb. Küləyə tab gətirməyərək aşan irigövdəli ağac transformatorun üzərinə düşüb. Həmçinin sakinlərə məxsus istixana, arpa, buğda, günəbaxan, sahələrinə gediş-gəlişi kəsib.
Həmin yoldan istifadə edən təsərrüfatçılar ağacın ərazidən götürülməsi üçün aidiyyəti qurumları məlumatlandırıblar.
Qeyd edək ki, aşan ağac təsərrüfatlarda biçin aparmaq üçün kombaynların, digər texnikların hərəkətinə də ciddi manelər yaradıb. Yaxınlıqdakı fermaya elektrik enerjisinin verilişi də kəsilib.
İyunun 14-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində də qeyri-sabit hava şəraiti hökm sürüb. 22 radələrindən başlayaraq Zaqatala və Balakən rayonları ərazisində güclü külək əsib, leysan yağıb. Güclü külək hər iki rayonda bəzi ərazilərdə ağacların qırılmasına səbəb olub, elektrik, rabitə xətlərində qırılmalar və qısaqapanmalar baş verib.
Bu səbəbdən ötən gün axşam saatlarından Zaqatala və Balakən rayonları ərazisinin 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən Tala, Katex, Balakən və digər dağ çaylarında suyun səviyyəsi artıb.
Gecə saatlarından Zaqatala və Balakən rayonlarının Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə ezam olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparılıb. Səhər saatlarına kimi əksər ərazilərdə baş vermiş qəzaların nəticələri aradan qaldırılıb, elektrik enerjisinin verilməsi bərpa edilib. Hazırda hər iki rayonun Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qəzaların tam aradan qaldırılması istiqamətində təmir işlərini davam etdirirlər.
Hazırda Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti davam edir, fasilələrlə yağış yağır.
Ətraflı süjetdə:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.