AZ

Turan Tovuz dakı gözlənilməz ayrılığın səbəbləri Kurban Berdıyevi narazı salan məqamlar var imiş

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Turan Tovuz"un Kristian da Silva ilə yollarını ayırması təəccübə səbəb oldu. Mövsümboyu əsas heyət oyunçusu olan braziliyalı futbolçu komandanın ən yaxşılarından hesab edilirdi. 

Sportal.az saytı bu ayrılığın səbəblərini öyrənə bilib. "Turan Tovuz"un baş məşqçisini braziliyalının oyununda narazı salan məqamlar olub. Bu, ilk növbədə Kurban Berdıyevin taktiki tapşırıqları ilə əlaqələndirilir. Belə ki, da Silva rusiyalı mütəxəssisin gözləntilərini qarşılaya bilməyib. Berdıyev nəzəri məşqlərdə ondan nə istədiyini braziliyalı futbolçuya incələyib və qarşısına tələb kimi qoyub. Lakin da Silvanın performansı onu qane etməyib.

Kristian da Silvanın artıq 35 yaşı haqlamasını, bundan sonra çətin ki ondan istədiyini ala biləcəyini düşünən Berdıyev futbolçu ilə yolları ayırmaq qərarına gəlib. 

Ümumi götürəndə, da Silvanın "Turan Tovuz"da yaxşı mövsüm keçirdiyini deməliyik. Kristian sözsüz ki, komandanın ən yaxşılarından idi. Lakin Berdıyev daha yaxşısını istəyir, daha çoxunu gözləyir futbolçularından. 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sportal.az

2Mənbələr