AZ

Döymələr, simvollar və mənasız sözlər: Gənclər kimə çevrilir?

”Məktəb, universitet, dərslik - bunlar sadəcə elm verən qurumlar deyil, şəxsiyyət formalaşdırmalı olan sistemlərdir. Amma bu gün məzun günlərində səslənən musiqilərə, nümayiş olunan rəqslərə, şagirdlərin və tələbələrin üzərindəki döymələrə, simvolik işarələrə, mənasız sözlərlə yazılmış köynəklərə baxanda bir sual yaranır:gənclərə bu sistem hansı dəyərləri ötürüb?”.

 

AzEdu.az xəbər verir ki, təhsil ekspeti Kamran Əsədovun fikrincə, əgər bir şagirdin idealı rep klipindəki zorakı obrazdırsa, əgər universitet məzunu üçün qəhrəmanlıq “brend” geyinmək, sosial şəbəkədə izləyici yığmaqdırsa, deməli biz onları yalnız akademik deyil, mənəvi olaraq da tərk etmişik. Biz onlara Vətəni, tarixi, əxlaqı, zəhməti sevdirməmişik:

 

“Qəhrəman obrazı yaratmamışıq. Ona görə də onlar xarici filmlərdən, sosial mediadan, bəzən də nihilist musiqilərdən özlərinə “qəhrəman” düzəldirlər. Bu sadəcə bir estetika problemi deyil. Bu gələcəyin kimə çevriləcəyinin göstəricisidir.

 

Niyə məktəblinin köynəyində milli qəhrəmanın şəkli, yaxud “mən müəllimimi sevirəm” cümləsi yox, məchul oğru aləminin işarəsi yazılıb? Niyə məzun musiqisi Qarabağ Zəfərindən yox, Los-Anceles küçələrindən gəlir?

 

Cavab aydındır: çünki sistem tərbiyə etmir. Sadəcə məlumat ötürür. Bu gələcəyin faciəsidir”.

 

Seçilən
14
azedu.az

1Mənbələr