AZ

QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək:

"Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar yerli vaxtla 17:00-18:00 radələrində Bakıya eniş edəcəklər. Mövcud vəziyyətlə əlaqədar heç bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır".

Seçilən
4
8
bakivaxti.az

10Mənbələr