Ağdam rayon sakini, İbrahimov Emin Çingiz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezidnet İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
"Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən, İbrahimov Emin Çingiz oğlu, yazaraq bildirirəm ki, hazırda çox çətin şəraitdə yaşayıram. İlk ailəmlə rəsmi olaraq boşanmışam. 1-ci yoldaşım evimi əlimdən almışdır. Hazırda isə yenidən evlənmişəm və 2 övlad böyüdürəm.
Şəki şəhərinin Kiçik Dəhnə kəndində fermada işləyirəm. Ailəmi dolandıra bilmirəm.
Sizlərdən xahiş edirəm ki, mənə 1 otaqlı ev verilsin, ailəmi yığım başıma, orada yaşayım. Uşaqlarıma təhsil belə, verə bilmirəm. Xahiş edirəm, mənə kömək edin".
Şikayətçinin redaksiyamıza göndərdiyi video-materialı da olduğu kimi oxucularımıza təqdim edirik:
Jalə FAMİLQIZI
Redfaksiyadan: Səlahiyyətli qurumların mövqeyini dərc etməyə hazırıq.