AZ

Gəncə-Daşkəsən bölgəsinin ən yaxşı MƏKTƏBLƏRİ

Gəncə-Daşkəsən regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Gəncə şəhəri üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 3194 şagird bitirib və onların 3185 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Şəhər məzunlarının 282 nəfəri 500-dən, o cümlədən 88 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il şəhərin ən yaxşı məktəbləri sırasında 4 və 11 saylı şəhər, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey və 44 saylı Bağça-məktəb-lisey komplekslərini qeyd etmək olar.

 

Naftalan şəhəri üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 95 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il şəhərin ən yaxşı məktəbləri sırasında heç bir məktəb adı qeyd edilməyib.

 

Daşkəsən rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 144 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 9 nəfəri 500-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.

 

Goranboy rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 951 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 63 nəfəri 500-dən, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında M.Məmmədov adına Xanqərvənd kənd və Ç.Hümbətov adına Yeni Yol kənd tam orta məktəblərini qeyd etmək olar.

 

Göygöl rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 680 şagird bitirib və onların 677 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Z.Hacıyev adına Yeni Zod kənd tam orta məktəbini qeyd etmək olar.

 

Samux rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 590 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 27 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.
 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında heç bir məktəb adı qeyd edilməyib.

 

Seçilən
4
2
azedu.az

3Mənbələr