AZ

“Təcavüzlər təkrarlansa, təcavüzkarı daha sarsıdıcı cavablar gözləyəcək” – Pezeşkian


İran Prezidenti Məsud Pezeşkian İsrailin İraqın hava məkanından İran torpaqlarına təcavüzkar hücumunu bu rejimin təcavüzü və beynəlxalq qaydalara məhəl qoymamasının bariz təzahürü hesab edib və bu ölkənin sərhədləri və hava məkanı ilə bağlı daha ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
“Əgər bu pis əməl İslam xalqının kollektiv və qüdrətli iradəsi ilə dayandırılmasa, şübhəsiz ki, regionun digər ölkələri də tezliklə və ya gec-tez bu təcavüzə məruz qalacaqlar. Ona görə də, bütün İslam ölkələrinin tarixi məsuliyyəti tələb edir ki, bütün səviyyələrdə və beynəlxalq forumlarda bu qanunsuzluq və aşkar təcavüzə qarşı ciddi şəkildə və qətiyyətlə dayansınlar”, - Pezeşkian bildirib.
Pezeşkian müharibəni İranın başlatmadığını, lakin qətiyyətlə cavab verdiyini və bu təcavüzlər təkrarlanarsa, təcavüzkarları daha sarsıdıcı cavabların gözlədiyini bildirib.
Seçilən
10
2
yeniavaz.com

3Mənbələr