AZ

İranın raket zərbəsindən ABŞ-nin səfirlik binasına ziyan dəyib

Bakı. Trend:

İranın İsrailə endirdiyi ballistik raket zərbələrindən ABŞ-ninTəl-Əvivdəki səfirliyinə yüngül ziyan dəyib.

Trend “Times ofİsrael”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəkisəfiri Mayk Hakabi (Mike Huckabee) paylaşım edib.

“Təl-Əvivdəki Səfirliyin yaxınlığında İran raket zərbələrininpartlayış dalğaları nəticəsində cüzi zərər meydana gəlib, lakin ABŞpersonalı arasında xəsarət alan yoxdur”, – o, "X" sosialşəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-nin səfirlik və konsulluqları hələ dəbağlı qalır və sığınacaqda qalmaq göstərişi qüvvədə saxlanılır.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr