AZ

Netanyahu: İranda rejim dəyişikliyi olacaq

İsrailin baş naziri Benyamin Netanyahu İranın zəiflədiyini və “rejim dəyişikliyinin mümkün olduğunu” iddia edib.

Turkustan.az xəbər verir ki, Fox News-a danışan Baş nazir Netanyahu, İrana hücumları nəticəsində rejim dəyişikliyi yaratmağa çalışıb-çalışmadıqları sualına: "Bu, İran rejiminin hazırda çox zəif olduğu üçün mümkündür. İranda yalnız iki şey qalıb, nüvə silahı əldə etmək səyi və ballistik raket proqramı, xalq isə onların yanında deyil" dedi.

"Biz Tehranda İran kəşfiyyatının rəhbərinə və onun müavininə hücum etdik. Rejim hazırda çox zəifdir", - Netanyahu bildirib.

İranın nüvə silahı əldə edəcəyi təqdirdə bölgədəki müttəfiqlərinə nüvə silahı verməyi düşündüyünü iddia edən Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailin İran lideri Ayətullah Əli Xameneiyə sui-qəsd təşkil etməsinə icazə vermədiyi xəbəri ilə bağlı: "Çox yalan xəbər var və mən buna girməyəcəyəm" deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr