AZ

Tomas Müller "Bavariya"nın tarixində ən çox qol vuran üçüncü futbolçudur

Bakı, 16 iyun, AZƏRTAC

Almaniyanın "Bavariya" komandasının futbolçusu Tomas Müller tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, ABŞ-da keçirilən klublararası dünya çempionatının C qrupunda Yeni Zelandiyanın “Oklend Siti” kollektivi ilə keçirilən görüşdə dubl edən 35 yaşlı oyunçu Münhen təmsilçisinin heyətində ən çox qol vuran (250 qol) üçüncü oyunçu olub.

Siyahıya 570 qolla Gerd Müller başçılıq edir. İkinci sırada 344 qolla Robert Levandovski yer alıb.

Seçilən
17
3
azertag.az

5Mənbələr