Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkə parlamentindəki çıxışı zamanı ABŞ-nin İsrailə İrana hücum etmək imkanını yaratdığını bəyan edib. O, Vaşinqtonin beynəlxalq hüququn bütün normalarını pozduğunu söyləyib.
Pezeşkian deyib: "Aamerika beynəlxalq hüququn bütün normalarına zidd şəkildə İsrailə bizim ölkəmizə hücum etmək və təcavüz etmək imkanı verir".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrailin İrana hücum planından əvvəlcədən xəbərdar olduğunu bəyan edib.
Hürr Tərcüman