AZ

İran SEPAH kəşfiyyat komandirinin ölümünü təsdiqləyib

İran dövlət mediası xəbər verir ki, İran tərəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat komandiri Məhəmməd Kazeminin İsrailin hava hücumları zamanı öldüyünü təsdiqləyib. Bu barədə Oxuməni.az “İnterfax”-a istinadən xəbər verir.

Kazeminin müavini Həsən Mühəqiqin ölümü ilə bağlı məlumat da təsdiqlənib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun iki iranlı generalı məhv etməyə müvəffəq olduğunu bildirmişdi.

İyunun 13-nə keçən gecə İsrail İrana irimiqyaslı zərbələr endirib. Əməliyyatın bəyan edilmiş məqsədi Tehranın nüvə proqramı ilə bağlı işini puça çıxarmaq olub. Buna cavab olaraq İran tərəfi İsrail ərazisinə zərbələr endirməyə başlayıb. Zərbələr mübadiləsi şənbə və bazar günləri də davam edib.

Almaz Həsənli

Seçilən
9
oxumeni.az

1Mənbələr