AZ

Bavariya nın futbolçusu Ronaldunun uğurunu təkrarladı

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala yenilənmiş formatda keçirilən klublararası dünya çempionatının qrup mərhələsində het-trik edən ilk futbolçu olub. SİA xəbər verir ki, 22 yaşlı almaniyalı oyunçu buna Yeni Zelandiyanın “Oklend Siti” komandasını 10:0 hesabı ilə darmadağın etdikləri matçda nail olub.

Musiala həmçinin, turnirin ümumi tarixində het-trik edən üçüncü oyunçuya çevrilib.

Qeyd edək ki, daha əvvəl bu uğura yalnız Kriştianu Ronaldu və Qaret Beyl imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
sia.az

3Mənbələr