AZ

G7 ölkələri Moskva əleyhinə qərar qəbul etməyəcək

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

G7 Ukrayna tərəfdarı olan üzvləri Kanadada keçiriləcək sammitdə Moskvaya təzyiqləri artırmaq üçün tədbirlər görməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, Avropalı diplomatların fikrincə, Ukrayna tərəfdarları arasında az adam Rusiyaya təzyiq göstərmək və ya G7 sammitində Kiyevi dəstəkləmək üçün hər hansı koordinasiyalı hərəkətə ümid edir.

Avropa liderləri və respublikaçı senatorlar Lindsi Qrem və demokrat Riçard Blumentalın başçılıq etdiyi bir sıra amerikalı qanunvericilər Rusiya neftinin qiymətinin bir barelinin 45 dollara endirilməsini dəstəkləyir, lakin ABŞ Prezidenti Donald Tramp bunda maraqlı görünmür.

Bundan əlavə, Avropa hesab edir ki, Amerika lideri senatorlar tərəfindən Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı təklif olunan, Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-a idxala 500% idxal rüsumunu özündə əks etdirən qanun layihəsini dəstəkləməyəcək.

Qeyd edilib ki, G7 sammiti Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın iştirakı ilə Kanadanın Kananaskis kurort zonasında keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
sherg.az

4Mənbələr