Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 236,267 milyon manat təşkil edib...
Poliqon xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 31,5 % çoxdur.
2024-cü ildə şirkətlərdən 8-i aktivlərini artırıb, 4-ü azaldıb.
Hesabat ilində investisiya şirkətlərinin məcmu öhdəlikləri 37,6 % artaraq 182,751 milyon manat təşkil edib. Şirkətlərdən 9-da öhdəliklər artıb, 3-də isə azalıb.
Ötən il investisiya şirkətlərinin məcmu balans kapitalı 14,3 % artaraq 53,515 milyon manata, məcmu nizamnamə kapitalı isə 20,9 % artaraq 21,593 milyon manata çatıb. Bazar iştirakçılarından 8-i balans kapitalını, 4-ü isə nizamnamə kapitalını artırıb.
Poliqon.info