AZ

İran İsraillə atəşkəs danışıqlarından imtina etdi

İran İsrailin onun ərazisinə hücumları davam etdiyi müddətdə atəşkəs barədə danışıqlara qatılmaqdan imtina edib.

Sitat.info  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, İran bu mövqeyini bölgədə vasitəçilik missiyasını yerinə yetirən Qətər və Oman rəsmilərinə bildirib.

Rəsmi Tehran vurğulayıb ki, İsrailin hücumları dayandırılmadan atəşkəs barədə heç bir dialoq mümkün deyil.

Seçilən
7
4
sitat.info

5Mənbələr