AZ

Tehranda iki binaya hücumla bağlı maraqlı təfərrüatlar

...Deməli, dünən Tehranda İsrail qırıcıları tərəfindən dağıdılan iki bina ilə bağlı maraqlı təfərrüatlar. İlk zərbə Kəşfiyyat Nazirliyinin İraq küçəsində yerləşən Video Monitorinq Mərkəzinə endirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İranın bütün ərazisini əhatə edən mərkəzləşdirilmiş videomüşahidə sistemi üçün avadanlıq, infrastruktur və serverlərin əksəriyyəti burada yerləşirdi.

Sistem Dubay ofisi vasitəsilə Kanadanın Genetec şirkətindən alınıb. Əvvəlcə onu Tehran Nəqliyyata Nəzarət Xidməti, daha sonra Kəşfiyyat Nazirliyi ilə birgə idarə etmiş, sonradan onun idarə edilməsi tamamilə məxfi xidmət orqanlarının əlinə keçmişdir.

Sistem real vaxt rejimində ölkə daxilində insanların hərəkətini izləməyə, videoarxivləri axtarmağa, “şəxsi hüquq pozuntuları” deyilən halların - məsələn, hicab qaydalarına əməl edilməməsinin qeydə alınmasına imkan verirdi.

...Mövcud məlumatlara görə, hücum əsas serverlər və analitik mərkəzlər də daxil olmaqla, avadanlıqların 80-90 faizini məhv edib.

İkinci, daha da əhəmiyyətli hücum Sabunçu küçəsinin 5-ci zolağında, Beheşti küçəsi ərazisindəki binaya dəyib.
Kənardan baxanda o, adi yaşayış binasına bənzəyirdi - nişanları, mühafizəsi və ya fərqləndirici xüsusiyyətləri olmadan.

Əslində, burada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təqib İdarəsi yerləşirdi, bu bölmə siyasi fəallara, jurnalistlərə və etirazçılara qarşı çağırış, sorğu-sual, hədə-qorxu və uydurma işlərin hazırlanması ilə məşğul idi.

İsrail təyyarəsindən atılan raketin birbaşa zərbəsi nəticəsində bina tamamilə dağılıb. İranın təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib, lakin hadisələrin çəkilişi qadağan edilib - hətta dövlətə məxsus IRIB kanalı üçün də...

Təsdiqlənmiş məlumata görə, zərbə nəticəsində aşağıdakılar həlak olub:
 İİKK kəşfiyyatının rəhbəri və etirazların yatırılmasında əsas fiqur olan Məhəmməd Kazemi, onun müavinləri Həsən Mohaqqeqh və Mohsen Baqeri, habelə onlarla müstəntiq və kəşfiyyatçı öz fəaliyyətlərini maskalamaq üçün müvəqqəti olaraq binaya yerləşdirmişdilər.

Eyni zamanda rejimin hədəfinə çevrilmiş tələbələrə, jurnalistlərə, fəallara və sadə vətəndaşlara aid on minlərlə sənəd və dosye məhv edilib.

Əli Babayev

Seçilən
7
1
sia.az

2Mənbələr