AZ

Fidan britaniyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, görüş zamanı əsas diqqət İsrail və İran arasında artan gərginliyə yönəlib.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, tərəflər regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, Hakan Fidan prezident Rəcəb Tayyib Ərdoğanın adından bu gün Albaniyada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edəcək.

Seçilən
17
turkic.world

1Mənbələr