İranın hücumları nəticəsində 11 israilli ölüb, 200-ə yaxını yaralanıb. Tehran hökuməti öz hərəkətlərini “qanuni müdafiə” adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində İran İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin rəisi Məhəmməd Kaziminin və müavininin Tehranda hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
News365.az xəbər verir ki, "Cəsur pilotlarımız hazırda Tehran səmasındadır; biz hərbi və nüvə hədəflərini vururuq", - deyən Netanyahu əməliyyatın İranın təhlükəsizlik strukturunun mərkəzinə yönəldiyini bildirib.
Bu bəyanatla eyni vaxtda İsrail İranın şimal-şərqindəki Məşhəd hava limanını bombalayıb.
İnqilab Keşikçiləri Korpusuna məxsus hərbi nəqliyyat təyyarəsi məhv edilib. İsrail ordusu hücumun İranın logistika imkanlarını hədəf aldığını bildirib.
İsrailin bu addımı həftə sonu İranın onlarla raket və PUA ilə hücumlarına cavab olaraq atılıb.