AZ

Təsnim: "Tel-Əviv və Hayfa hipersəs raketlərlə vurulub"

İsrail-İran münaqişəsi dərinləşməkdədir. İranın Tasnim xəbər agentliyi xəbər verir ki, İran səhər saatlarında İsrailin Təl-Əviv və Hayfa şəhərlərinə zərbələr endirərkən hipersəs raketlərindən istifadə edib.


Bu iki şəhərlə yanaşı, İran raketləri İsrailin mərkəzi və şimalındakı digər əraziləri də vurub. Tasnim-dəki məqalədə qeyd edilib ki, bugünkü hücumun əvvəlkilərdən fərqli xüsusiyyəti hipersəs raketlərinin daha aktiv istifadə olunması olub.


Məqalədə deyilir: “Bugünkü səhər hücumu son üç gündə həyata keçirilən əməliyyatların ən böyüyü hesab edilməlidir: əməliyyat zamanı Hayfada neft emalı zavodu və elektrik stansiyası raket atəşinə məruz qalıb, Tel-Əvivə və Bney Baraka ciddi ziyan dəyib”.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Seçilən
8
news365.az

1Mənbələr