AZ

Xamenei İsrail hərbçilərinin hədəfidir Nüfuzlu nəşr YAZDI

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail hərbçilərinin hədəfi hesab olunur.Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşrinin məlumatında bildirilib.  Nəşrin məlumatına görə, İsrail tərəfi Əli Xamneyi də daxil olmaqla, İslam Respublikasının nüvə proqramının məhvinə kömək edəcək istənilən potensial hədəfi nəzərdən keçirir. Bundan başqa, İsrail qüvvələri təkcə nüvə infrastrukturuna deyil, həm də İran dövlətində hərbi və siyasi qeyri-sabitlik yarada biləcək bütün hədəflərə zərbələr endirir.Qeyd edək ki, bundan əvvəl “Reuters”in yaydığı məlumatda bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali rəhbəri Ayətullah Əli Xameneinin sui-qəsd planına veto qoyub.

Siyasi ekspertlər deyirlər ki, dünya düzənindəki qeyri-rəsmi qaydalara görə, dövlət başçılarının terror yolu ilə aradan götürülməsi yasaqdır. Bu qeyri-rəsmi ənənə uzun illərdir ki, mümkün qədər qorunur.

İranla bağlı məsələdə necə olacaq, ənənə pozulacaqmı, vəziyyət qarışıq olduğunudan bu suala birmənalı cavab verilmir.A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
modern.az

2Mənbələr