AZ

Abbas Əraqçi: İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır - YENİLƏNİB » AzadMedia.az


İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, - nazir qeyd edib.

Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim etməyi planlaşdırır.

Abbas Əraqçi hesab edir ki, İsrailin danışıqlar zamanı hücumları istənilən diplomatik addımlara qarşı olduğunu göstərir.

11:24
İsrailin hücumu İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları pozmaq məqsədi daşıyır.

Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tehran ABŞ-nin bu hücumu dəstəkləməsindən təəssüflənir. Vurğulanıb ki, İran özündə nüvə silahının olmadığını təmin edən sazişi imzalamağa hazırdır.
Seçilən
4
10
azadmedia.az

10Mənbələr