BAKI, 16 iyun. TELEQRAF
Buz üzərində motosiklet yarışları üzrə rusiyalı dünya çempionu Nikolay Krasnikov Başqırdıstanın Kuşnarenkovo rayonunda baş vermiş yol-nəqliyyat qəzasında həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Qabdraxman Kadirov adına Texniki İdman Növləri Mərkəzi məlumat yayıb.
İlkin məlumatlara görə, “Lada Granta” markalı minik avtomobili qarşıdan gələn “Qazel” və “Sitrak” markalı yük maşınları ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin 40 yaşlı sürücüsü təcili tibbi yardım maşını gələnədək hadisə yerində vəfat edib.
Qeyd edək ki, Nikolay Krasnikov şəxsi hesabda 8 qat, komanda yarışlarında isə 12 qat dünya çempionu olub.