ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,18% azalaraq 3 446,5 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,12% artaraq 36,4 ABŞ dolları olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.