AZ

Britaniya kəşfiyyatında ilk- MI6-ya qadın rəhbər təyin edilib

BAKI, TurkicWorld

Britaniya kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olunub.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmerin təsdiqi ilə ölkənin xarici kəşfiyyat xidməti MI6-ya (Secret Intelligence Service) ilk dəfə qadın rəhbər təyin edilib.

Bu vəzifəyə Blez Metreweli gətirilib.

Baş nazirliyin 10 saylı ofisindən yayılan açıqlamada Metrewelinin MI6-nın 18-ci rəhbəri olduğu, təşkilatda daha əvvəl texnologiya və innovasiyaya cavabdeh “Q” direktoru vəzifəsində çalışdığı bildirilib. O, eyni zamanda ölkənin daxili təhlükəsizlik xidməti MI5-də də fəaliyyət göstərib.

Hazırda MI6-nın rəhbəri olan və vaxtilə Britaniyanın Ankaradakı səfiri kimi tanınan Riçard Mur bu ilin payızında vəzifəsini təhvil verəcək. Kembric Universitetində antropologiya təhsili alan Metreweli 1999-cu ildən MI6-da çalışır və karyerasının böyük hissəsini Yaxın Şərq və Avropadakı əməliyyatlarla keçirib.

“Böyük Britaniya görünməmiş təhlükələrlə üz-üzədir. Casus gəmilərdən tutmuş dövlət xidmətlərini hədəfləyən kiber hücumlara qədər çoxsaylı təhlükələrlə qarşılaşırıq.” - deyə Baş nazir Starmer təyinatı tarixi hadisə adlandıraraq qeyd edib.

Xarici işlər naziri David Lammy isə bildirib ki, texnologiyanın artan rolu və qlobal qeyri-sabitlik fonunda Metrewelinin rəhbərliyi ölkənin təhlükəsizliyinə töhfə verəcək. O əlavə edib ki, kəşfiyyat orqanlarına əlavə 600 milyon funt-sterlinq büdcə ayrılıb.

Qeyd edək ki, Blez Metrewelinin MI6 rəhbəri təyin olunması həm də gender bərabərliyi baxımından tarixi addım hesab olunur.

Seçilən
31
25
turkic.world

10Mənbələr