AZ

Ağ Ev: “Tramp Zelenski ilə görüşəcək” | VİDEO

AzVision.az Ağ Evin təmsilçisinin bəyanatına istinadən xəbər verir ki, Donal Tramp Zelenskidən başqa, Kanadanın baş naziri Mark Karni və Meksika prezidenti Klaudiya Şeynbaumla da görüşməyi planlaşdırır.

ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammiti iyunun 15-dən 17-dək Alberta ştatının Kananaskis kurort zonasında keçirilir.

“G7 ölkələri ABŞ və qrupun digər üzvləri arasında bir sıra məsələlər, xüsusən də Ukrayna münaqişəsi üzrə fundamental fikir ayrılıqları səbəbindən qarşıdan gələn sammitdən sonra kommünike dərc etməmək qərarına gəliblər”,- bundan əvvəl öz mənbələrinə istinad edən “Bloomberg” agentliyi yazmışdı.

Məlumata əsasən, vahid yekun sənəd əvəzinə G7 iştirakçıları öz liderlərindən müxtəlif aspektlər üzrə ayrıca bəyanatlar hazırlaya bilərdilər, lakin istənilən halda ortaq nəticə olmayacaq. Agentlik bildirib ki,bu yanaşma sammitə ev sahibliyi edən Kanadanın nümayəndələri tərəfindən təklif olunub.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
5
3
azvision.az

4Mənbələr