8 yaşlı aktyor Sergey Toiçkin faciəvi şəkildə vəfat edib.
Rusiyanın tanınmış teatr aktyorunun ölüm xəbərini Udmurtiya Rus Dram Teatrının mətbuat xidməti yayıb.
Faciə Kenski gölündə baş verib. 38 yaşlı aktyor 12 iyun tarixində boğulub, cəsədi həmin axşam aşkarlanıb, lakin sualtı axtarış qrupu onu yalnız ertəsi gün, 13 iyun saat 15:00 radələrində sudan çıxara bilib. Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, 2024-cü ildə Sergey Toiçkin ailəsi ilə birlikdə Kurskdan İjevskə köçüb və Udmurtiya Rus Dram Teatrının truppasına qoşulub. Buna qədər o, 15 ildən artıq A. S. Puşkin adına Kursk Dram Teatrında çıxış edib./Axşam.az