Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində İran rejiminin cinayətkar fəaliyyəti ilə tanınan nümayəndələrindən biri öldürülüb.
İran Polisinin rəisi Əhmədrza Radan raket zərbələri ilə məhv edilib.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olan Ə.Radan qəddar fəaliyyəti, İran rejiminə qarşı çıxan insanları işgəncə ilə məhv etməsi ilə ad çıxarmışdı.
2010-cu ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi insan haqlarının pozulmasına görə Radana sanksiya tətbiq etdi. Bəyanata görə, Radan polis qüvvələri komandirinin müavini vəzifəsində işləyərkən 2009-cu il prezident seçkilərindən sonra etiraz aksiyaları zamanı etirazçıların döyülməsi, qətli və saxlanılmalarına görə məsuliyyət daşıyırdı.
2011-ci il aprelin 13-də Radan İran vətəndaşlarının hüquqlarını geniş və ciddi şəkildə pozduğuna və bir sıra qətllərə görə Avropa Birliyinin sanksiyaları siyahısına daxil edilib.
Onun polis qüvvələri komandirinin müavini kimi 2009-cu ildə seçkidən sonra keçirilən etiraz aksiyaları zamanı polis tərəfindən "döyülmə", "qətl", "əsassız həbslər" və "mitinq iştirakçılarının həbsi" ilə məşğul olduğu bildirilirdi.
2022-ci ilin sentyabr ayında Məhsa Əminin öldürülməsinə etiraz olaraq başlayan və 1 ildən artıq davam edən məcburi hicaba qarşı aksiyalarda 500 nəfər dinc insanın öldürülməsində Əhmədrza Radan xüsusi fəallığı ilə seçilib.
Hətta Radan islami qaydalara uyğun saç saxlamayan və geyinməyən insanlara qarşı qəddar münasibəti və zorakılığı ilə də ad çıxarıb.
İsrail kəşfiyyatı onun polis idarəsində olduğunu dəqiqləşdirəndən sonra binanı vurub və Radan məhv edilib.
Cebheinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.