AZ

İtaliya millisinin yeni baş məşqçisi açıqlandı

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edilib.

Msport.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2006-cı ilin dünya çempionu bu postda 2023-cü ildən rəhbərlik edən Luçano Spalettini əvəz edib.

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina təyinatla bağlı bunları deyib: “Qattuzo İtaliya futbolunun simvoludur. Onun motivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşıdakı tapşırıqların öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün əsas olacaq. Əldə etmək istədiyimiz məqsədin vacibliyini dərk edərək, bu çağırışı qəbul etdiyi üçün ona təşəkkür edirəm”.

Seçilən
3
10
msport.az

10Mənbələr