İsrail ordusunun (İDF) “Telegram” kanalında verdiyi məlumata görə, ordu Tehranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit bölməsi olan Qüds Qüvvələrinin komanda mərkəzlərinə və İran ordusuna dəqiq zərbələr endirib.
“Cebheinfo.az”-ın İDF-yə istinadən məlumatına görə, əməliyyatlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib.
Hərbçilərin sözlərinə görə, bu mərkəzlər Yaxın Şərqdə İranın nəzarətində olan qrupların köməyi ilə İsrailə qarşı hücumlar planlaşdırırmış.