AZ

Britaniya tarixində ilk: MI6-ya o, rəhbərlik edəcək

Böyük Britaniyanın baş naziri Keir Starmer kəşfiyyat zabiti Blez Metrevelinin MI6 Gizli Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.

Yenisabah.az xəbər verir ki, o bu vəzifəni tutan ilk qadın olacaq.

47 yaşlı Metreveli Kembric Universitetində antropologiya üzrə təhsil alıb. O, 1999-cu ildə xarici kəşfiyyat xidmətinə qoşulub, Avropa və Yaxın Şərqdə işləyib.

Metreveli hazırda agentliyin texnologiya şöbəsinə rəhbərlik edir. Ondan əvvəl MI6-ya təxminən beş il Riçard Mur rəhbərlik edib.


Telegram kanalımız
Seçilən
26
25
yenisabah.az

10Mənbələr