Bakı, TurkicWorld
İran xalqı ixtilafları bir kənara qoyub İsrailin təcavüzünə qarşı vahid cəbhədə birləşməlidir.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir bəyanat İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiandan gəlib.
"Biz müharibəyə can atmırıq və biz başlatmamışıq. Ölkənin yüksək vəzifəli hərbçilərini və alimlərini biz öldürməmişik, bunu terrorçular edib. Təcavüzkar biz deyilik. Bizə indi birlik və həmrəylik həmişəkindən daha çox lazımdır və bütün İran xalqı birləşməli, təcavüzə qarşı qəti şəkildə çıxış etməlidir", - Pezeşkian partlamentdə çıxışında deyib.