AZ

Netanyahunun müşaviri Iranın raketlərinin sayını AÇIQLADI

İsrail baş naziri Binyamin Netanyahunun Milli Təhlükəsizlik üzrə müşaviri Tzaçi Haneqbi İsrailin ordu radiosuna müsahibəsində İranın hələ də minlərlə ballistik raketə sahib olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Haneqbi eyni zamanda, İsrailin keçirdiyi əməliyyatların potensial nəticələri barədə də danışıb.

"Bu, uzunmüddətli perspektivdə İran təhdidinə son qoya biləcək bir döyüş deyil," - Hanegbi bildirib.

İsrailli analitiklərə İranda təxminən 1 500 -2 000 ballistik raketin olduğu güman edilir. Tehran onların yüzlərlə ədədindən artıq istifadə edib.

Seçilən
5
1
day.az

2Mənbələr