AZ

Bu ölkədə müxalifətçi jurnalist edam edildi

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı 2018-ci ildə həbs edilən və "terrorçuluq və vətənə xəyanət"də təqsirli bilinən müxalif jurnalist Turki əl-Casseri edam edib.

Lent.az bildirir ki, bu barədə “Associated Press” xəbər verir.

Qeyd olunur ki, əl-Casser iyunun 14-də ölkənin Ali Məhkəməsi ölüm hökmünü qüvvədə saxladıqdan sonra edam edilib.

2018-ci ildə jurnalist həbs edilib, evində axtarış zamanı kompüteri və telefonları götürülüb.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Səudiyyə Ərəbistanı rəsmiləri iddia edir ki, əl-Cəsser sosial mediadan kral ailəsinin üzvlərini korrupsiyada ittiham etmək üçün istifadə edib və guya silahlılar və yaraqlı qruplar haqqında bir neçə mübahisəli tvit yazıb.

Əl-Cəsser 2013-2015-ci illərdə sosial media bloqunu idarə edib və “ərəb baharı” hərəkatları, qadın hüquqları, siyasi islahatlar və korrupsiya ilə bağlı məqalələri ilə tanınıb.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi jurnalistin vətənə xəyanət və terrorizmin maliyyələşdirilməsi də daxil olmaqla bir sıra cinayətlərdə təqsirli bilindiyini bildirib. Onun işi ciddi məxfilik şəraitində aparılıb. Hüquq müdafiəçiləri hökmü siyasi motivli və onun jurnalist fəaliyyəti ilə əlaqələndiriblər.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
lent.az

1Mənbələr