AZ

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

Azərbaycan əsilli gənc şahmatçı Sona Bəşirova, Berlinin “SV Empor Berlin” klubunun təmsilçisi olaraq 10 yaşadək olan (U10w) kateqoriya üzrə Almaniya çempionu olub.

AzEdu.az xəbər verir ki, turnirin gərgin keçən son turunda heç-heçə oynayan Sona üçün bu nəticə birinciliyi qazanmaq üçün kifayət edib. Yarışda Almaniyanın bütün federal torpaqlarından əvvəlcədən seçim mərhələsindən keçmiş 42 şahmatçı iştirak edib. Sona Bəşirova turniri 9 mümkün xaldan 7 xalla başa vurub və bütün turlar ərzində sabit və inamlı oyun nümayiş etdirib.

Bu qələbə gənc şahmatçıya təkcə Almaniya çempionu adını deyil, həm də 10 yaşadək oyunçular arasında keçiriləcək dünya və Avropa çempionatlarına vəsiqə qazandırıb. Sona Bəşirova artıq Almaniyanı beynəlxalq arenada təmsil edəcək.

Berlin Şahmat Assosiasiyası gənc idmançını bu böyük uğur münasibətilə təbrik edib, ona yeni nailiyyətlər arzulayıb.

Seçilən
6
4
azedu.az

5Mənbələr