İranın hava məkanı bu gün yerli vaxtla 14:00-a qədər bağlı qalacaq.
KONKRET.az xəbər verir ki, bunu İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatı açıqlayıb.
Məlumatda qeyd edilib ki, ölkənin hava məkanının bazar ertəsi, iyunun 16-sı saat 14:00-a qədər bağlı olması ilə bağlı qərar qəbul olunub.