Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün mübarizəyə Azərbaycan millisinin 1 idmançısı qoşulacaq.
Dünya çempionatı
Kişilər
81 kq
İlk mərhələdən azad olan Zelim Tçkayev 1/16 finalda Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibini gözləyir.
Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Onlardan hələlik 8-i çıxışını medalsız başa vurub. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.
İdman.biz