AZ

İsrail və İran döyüş əməliyyatlarını dayandırmaq barədə razılığa gələcəklər -Tramp

İsrail və İran, çox güman ki, döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gələcəklər, lakin bu dərhal baş verməyə bilər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, Yeddilik Qrupunun (G7) liderlərinin sammitinin keçiriləcəyi Kanadaya yola düşməzdən əvvəl bu açıqlamanı verib.

“Ümid edirəm ki, [İsrail və İran arasında] razılaşma olacaq. Düşünürəm ki, razılaşmanın vaxtı çatıb, – dövlət başçısı söyləyib. – Amma bəzən məsələni mübarizə yolu ilə həll etmək lazım gəlir”, – Tramp döyüş əməliyyatlarının davam etmə ehtimalına işarə edərək əlavə edib.

O, razılaşmaya nail olmaq üçün “bütün şansların olduğunu” vurğulayıb.

Prezident Vaşinqtonun İsrailə müdafiə yardımını davam etdirəcəyinə əmin edib. Tramp İsraildən İrana zərbələrin dayandırılmasını istəyib-istəmədiyi sualını cavablandırmaqdan imtina edib.

Vaşinqton administrasiyasının başçısı daha əvvəl İran və İsrail arasında tezliklə sülhün bərqərar olacağına əminliyini ifadə etmiş və bu məqsədlə hazırda görüşlər və telefon danışıqlarının aparıldığını qeyd etmişdi. O, təfərrüatları açıqlamamışdı.

Seçilən
21
6
redaktor.az

8Mənbələr