ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, A qrupunun ikinci oyununda da 0:0 hesabı ilə başa çatıb.
Belə ki, Braziliyanın “Palmeyras” və Portuqaliyanın “Porto” klubları arasında görüş qolsuz heç-heçə ilə nəticələnib.
Xatırladaq ki, qrupun ilk oyununda ABŞ-nin “İnter Mayami” komandası Misirin “Əl-Əhlisi ilə 0:0 hesablı heç-heçəyə razılaşmışdı. Beləliklə, ilk turun oyunlarından sonra A qrupunda 4 komandanın hər birinin hesabında 1 xal var.
Daha bir görüş isə B qrupunda baş tutub. Braziliyanın “Botafoqo” komandası yerli “Sietl Saunders” ilə üz-üzə gəlib. Oyun Braziliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdıb.
İlk turun oyunlarından sonra B qrupunda PSJ və “Botafoqo” komandaları 3 xalla qrupa liderlik edirlər, İspaniyanın “Atletiko Madrid” və “Sietl Saunders” klublarının hesabında isə xal yoxdur.
Xatırladaq ki, qrupun ilk oyununda Fransanın PSJ klubu “Atletiko Madrid”i 4:0 hesabı ilə darmadağın etmişdi.