ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Kaja Kallas Yaxın Şərqdə hərbi gərginliyin artmasına cavab olaraq xarici işlər nazirlərinin videokonfransını çağırıb.
Bizimyol.info xəbər verir ki, "DPA" xəbər agentliyinin verdiyi məlumata görə, konfransın çərşənbə axşamı, iyunun 17-də keçiriləcəyi bildirilir.
Görüşün məqsədi xarici işlər nazirləri arasında fikir mübadiləsi aparmaq və gərginliyin azaldılması üçün diplomatik səylərin əlaqələndirilməsidir. Kallasın Brüsseldəki köməkçisi növbəti potensial addımların da müzakirənin mərkəzi mövzusu olacağını təsdiqləyib.
"Biz hesab edirik ki, diplomatiya qalib gəlməlidir", - deyə Kallas qeyd edib. Almaniyanın xarici işlər naziri Johann Vadephulun qarşıdan gələn video konfransda xüsusilə mühüm rol oynayacağı gözlənilir.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.