Rusiyada qadağan olunmuş "Instagram" sosial şəbəkəsi gözlənilmədən əlçatan olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bəzi istifadəçilər sosial şəbəkənin artıq üç gündür işlədiyini müşahidə ediblər.
Bildirilir ki, "Instagram"a təkcə mobil internetdən deyil, həm də "Wi-Fi"dan qoşulmaq mümkündür.
Xatırladaq ki, "Instagram" Rusiyada ekstremist kimi tanınan və qadağan olunmuş "Meta" şirkətinə məxsusdur.