AZ

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

''Trabzonspor''un forvardı Enis Destan evlənmək qərarına gəlib. 22 yaşlı futbolçu Çeşmədə nişanlısı Arzum Kuruçalı ilə həyatını birləşdirib."Football-plus.az" xəbər verir ki, ''Trabzonspor'' öz rəsmi saytında futbolçusunu təbrik edib. Toyda Enisin komanda yoldaşı, qaradənizlilərin və Türkiyə yığmasının qapıçısı Uğurcan Çakır həyat yoldaşı Kübra Çakır ilə birlikdə iştirak edib. Qeyd edək ki, ''Altınordu''nun yetirməsi olan və 2022-də ''Trabzonspor''a transfer olunan Enis Destan aylar öncə Arzum Kuruçalı ilə nişanlanmışdı. Həmin vaxt bu olay daha çox istedadlı futbolçunun anasının qalmaqallı açıqlamaları üzündən diqqəti cəlb etmişdi. Belə ki, Enisin anası Gül Destan paylaşımında Arzum Kuruçalını yıxıb-sürümüşdü. O, paylaşımında bu xanımın oğlundan 10 yaş böyük olmasını gündəmə gətirmiş, onların bir-birilərinə yaraşmadıqlarını demiş və hətta xanımın geyiminə də lağ etmişdi. Oğlunun evlənməyə hələ hazır olmadığını bildirən ana nişan mərasimində iştirak etməmişdi. Həmin vaxt bu qalmaqala tanınmış müğənni Demet Akalın da biganə qalmamış və anasının sözlərinə rəğmən sevgisinin arxasında duran Enis Destanı tərifləmişdi. Göründüyü kimi futbolçu 22 yaşında artıq birdəfəlik bu xanımla həyatını birləşdirib. Bu arada toydan dərhal sonra bir məqam diqqəti cəlb edib. Belə ki, Enis bütün sosial şəbəkələrdə anasını təqibdən çıxarıb!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr