Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
İyunun 16-17-də tarixlərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda 92 klub və idman cəmiyyətindən olan 466 idmançı (383 oğlan, 83 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
Qeyd edək ki, U-14 Liqa yarışının II turu Hövsan qəsəbəsi Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.