Raul Asensionun “Real” ilə imzalayacağı yeni müqavilənin detalları məlum olub.
AS qəzetinin məlumatına görə, Madrid klubu 22 yaşlı müddafiəçi ilə 6 illik müqavilə bağlayacaq.
Müqavilədə 1 milyard avroluq satın alma maddəsi də nəzərdə tutulub.
Qeyd edək ki, Asensionun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.
İspaniyalı futbolçu ötən mövsüm La Liqada 23 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta