AZ

Türkiyədə fabrik və xəstəxanada yanğın olub -FOTO

İzmirin (Türkiyə) Konak rayonunda plastik fabrikinin bağçasında transformatorda baş verən yanğın əvvəlcə fabrikə, sonra isə özəl xəstəxananın bəzi hissələrinə keçib.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 17:00 radələrində baş verib.

Xəbərdarlıq üzərinə çoxlu sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis qrupu əraziyə göndərilib.

Ehtiyat tədbiri olaraq xəstəxananın boşaldılmasına başlanılıb.

Yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.

Hadisə ilə bağlı məlumat yayan Səhiyyə Nazirliyi bildirib ki, yanğın xəstəxanada müalicə alan xəstələrdən heç birinə mənfi təsir etməyib. Ehtiyat tədbiri olaraq bütün xəstələr daşınır, xəstələrimizin vəziyyəti və yanğının gedişi diqqətlə izlənilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr