AZ

Rusiyanın incəsənət nümayəndələrinin növbəti qrupu İrandan təxliyə edildi

BAKI, 16 iyun. TELEQRAF

Gecə saatlarında Rusiya Dövlət Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə edilib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, sözügedən incəsənət nümayəndələri gün ərzində kiçik qruplar şəklində Astara sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olublar.

Xatırladaq ki, İranda yaranmış böhranlı vəziyyətlə əlaqədar Astara Dövlət Sərhədindəki keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərir.

Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib. Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.

Seçilən
17
11
teleqraf.com

10Mənbələr